Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 18:44
Fevralın 24-dən, Rusiyanın genişmiqyaslı hücumunun başlanmasından bəri 870 mindən çox Ukrayna vətəndaşı Ukraynaya qayıdıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.
"24-dən ümumilikdə, 870 mindən çox Ukrayna vətəndaşı Ukraynaya daxil olmaq üçün uçub", - Demçenko bildirib.
O qeyd edib ki, fevralın 24-dən başlayaraq ümumilikdə hər iki istiqamətdə Avropa İttifaqına üzv ölkələr və Moldova ilə ərazidə 4 milyon 300 min vətəndaş dövlət sərhədini keçib. O cümlədən, onların 3 milyonu Ukraynanı tərk edib. 350 minə yaxın əcnəbi də gedib.
Aslan Məmmədov