Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nasist salamına görə lisenziyası ləğv edildi

Nasist salamına görə lisenziyası ləğv edildi

Tarix: 12 Aprel 2022 20:36

İtaliya Avtomobil Klubunun (ACI) rəhbərliyi Portuqaliyada keçirilən kartinq üzrə yeniyetmələrin Avropa çempionatında baş vermiş insidentdən sonra rusiyalı pilot Artyom Severyuxinin lisenziyasını ləğv edib.

Milli.Az  ACI-nın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə sürücü ilə bağlı əlavə tədbirlər görülməsi məqsədilə növbədənkənar iclas keçirilib.

Qeyd edək ki, İtaliyanı təmsil edən Artyom Severyuxin yarışın birinci mərhələsinin qalibi olub. O, mükafatlandırma mərasimi zamanı nasist salamı verib. Pilotun hərəkəti sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub. Daha əvvəl Beynəlxalq Avtomobil Federasiyası məsələ ilə bağlı araşdırmaya başladığını bildirib.

Milli.Az


Etiketlər:  Nasist salamına görə lisenziyası ləğv edildi


RƏYLƏR