Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 12:08
Rusiya Ordusu Azovstal metallurgiya zavodu və Mariupol dəniz limanı istiqamətində hücuma keçib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahının "Facebook" hesabında paylaşılan məlumatda qeyd olunub.
"Düşmən Donetsk və Tavriçesk istiqamətindən Mariupola aviasiya zərbələrini davam etdirib. O, Azovstal metallurgiya kompleksi və dəniz limanı istiqamətində hücum əməliyyatı həyata keçirir ", - deyə məlumatda qeyd olunub.
Məlumatda əlavə olunub ki, Ukrayna döyüşçüləri ötən sutka ərzində Donetsk və Luqansk regionlarında Rusiya qüvvələrinin 6 hücumunu dəf edib və iki avtomobil texnikasını, 3 artilleriya sistemini məhv edib.