Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''İkinci arvada ''dublyor'' kimi baxıram'' - VİDEO

Xalq artisti: ''İkinci arvada ''dublyor'' kimi baxıram'' - VİDEO

Tarix: 13 Aprel 2022 14:05

"Aktyor olduğum üçün rəhmətlik həyat yoldaşımı mənə vermirdilər. Atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Dedilər oğlan rejissordur. Dedi, nə? O lap pisdi. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Durun gedin! Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istədi".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "Üzə-düz" proqramıan qonaq olarkən deyib. Həyat yoldaşından danışan aktyor onun vəfatından sonra ikinci dəfə evlənmədiyini bildirib:

"Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar. Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə "dublyor" əvəzedici deyirlər. Mən ikinci arvada "dublyor" kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, belə qoy biləcəm ki, evdə hegemonluq edir!".


Etiketlər:  Xalq artisti İkinci arvada dublyor kimi baxıram VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ