Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus milyarderin İtaliyadakı villasına “Molotov kokteyli” atıldı

Rus milyarderin İtaliyadakı villasına “Molotov kokteyli” atıldı

Tarix: 13 Aprel 2022 14:56

İtaliyanın Kastilonçello şəhərində rusiyalı milyarder Timur Zaynutdinovun Pontello villasına molotov kokteyli atılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

İtaliya karabinierləri hadisə yerində olublar. Müstəntiqlər hadisənin hansı səbəbdən, kimin tərəfindən törədildiyi barədə hələlik məlumat verməyib.

Ehtimal olunur ki, bu hərəkət Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqələndirilə bilər.

Milli.Az


Etiketlər:  milyarderin İtaliyadakı villasına Molotov kokteyli atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ