Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın kimyəvi silahı yoxdur''

''Rusiyanın kimyəvi silahı yoxdur''

Tarix: 13 Aprel 2022 19:56

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə bildirib ki, Rusiya ölkədəki bütün kimyəvi silahları məhv edib.

Milli.Az TASS-a istinadən bildirir ki, onun dediyinə görə Rusiyanın Ukraynaya kimyəvi hücumlar hazırlaması ilə bağlı xəbərlər yalandır.

"Bu gün Rusiya ordusunu ləkələmək, Rusiyanı ləkələmək, Rusiyanın guya kimyəvi silahdan istifadə etdiyi iddia edilən bu cür hərəkətlərini imitasiya etmək cəhdləri var. Bunlar təbii ki, yalandır. Rusiyanın kimyəvi silahı yoxdur, Rusiya öz üzərinə düşən vəzifəni yerinə yetirib. 2017-ci ildə kimyəvi silahlarını hələ məhv etməyən ABŞ-dan fərqli olaraq biz kimyəvi silahların tam məhvini başa çatdırdıq", - Matviyenko bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Rusiyanın kimyəvi silahı yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ