Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 23:50
Ukrayna Rusiya Müdafiə Nazirliyinin Kiyevin bombalanması ilə bağlı bəyanatına cavab verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak ölkəsinin istənilən ssenariyə hazır olduğunu bildirib və Rusiyanı yalnız mülki şəxslərlə döyüşə bilməkdə ittiham edib.
"Rusiya öz təxribatları ilə növbəti təhdidlər üçün zəmin yaradır. Onlar artıq Kiyevə mümkün raket hücumları barədə məlumatlar yayıb", - deyə o bildirib.