Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 08:04
Rusiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OEC) Nüvə Enerjisi Agentliyinə üzvlüyü dayandırılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Bildirilir ki, Rusiyanın agentliyə üzvlüyü rəhbərliyin qərarından sonra dayandırılıb. Qərar mayın 11-dən qüvvəyə minəcək.
"Rusiyanın İƏİT Nüvə Enerjisi Agentliyinə üzvlüyü OECD-nin rəhbər orqanının qərarından sonra aprelin 11-də dayandırılıb. Bu barədə Rusiya Federasiyası məlumatlandırılıb və dayandırma mayın 11-dən qüvvəyə minəcək", - agentliyin saytında deyilir.
Qeyd edək ki, Rusiya agentliyə 2013-cü ildə üzv olub.