Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alkoqollu içkilərin aksiz dərəcəsi ARTIRILDI

Alkoqollu içkilərin aksiz dərəcəsi ARTIRILDI

Tarix: 14 Aprel 2022 08:12

Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.

Milli.Az bildirir ki, bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minir.

Qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb.

Aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.

Milli.Az


Etiketlər:  Alkoqollu içkilərin aksiz dərəcəsi ARTIRILDI


RƏYLƏR