Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 19:04
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Bakıda noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) trend-ə bildirilib ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır.
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Tədbirə ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin