Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 19:15
"Bir iştirakçını peşəkarlar seçibsə, o, müzakirə olunmur. İstedadlı gəncdir. Onun tərbiyəsini çox bəyənirəm. Bir insan iddialıdırsa, o, nailiyyət əldə etməyəcək. Düşünməlidir ki, nəsə etməliyəm. Tam arxayın olmamlısan ki, hər şey etdim. İnsan deməlidir ki, mən orada göstərəcəyimi hələ heç kim görməyib. Bizim təmsilçimiz məsuliyyətlidir. O, orada bacardığından artığını göstərəcək".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Avroviziya" təmsilçimiz Nadir Rüstəmli haqda deyib. Bəstəkar bildirib ki, Nadirin istedadına və uğurlu seçim olmasına inanır:
"Hər kəsdən xahiş edirəm ki, o böyük səhnədə Azərbaycanı təmsil edən şəxsdən yer tələb etməyin. Əsas yadda qalmaqdır. Samir Cavadzadə ilə Elnur Hüseynov hələ də yaddaşlardadır. O səhnəyə çıxan iştirakçı artıq qalibdir".
Bəstəkar iştirakçının tənqid edilməsinə də münasibət bildirib:
"Azərbaycanın daxilində sağlam rəqabətə tam açığıq. Bəzən əsəbilik olar, çərçivələri keçərik. Buna icazə verə bilərik. Amma sərhəddən bir addım keçən kimi biz şəxsiyyətin, fərdin müzakirəsinə keçmək düzgün deyil. Bunu başqa ölkə etmir. Bizim hər birimiz o ifaçıdır. Orada heç nə edə bilmirik. İfaçı 1 dəqiqə vaxt tapsa, girəcək sosial şəbəkəyə ki, görsün nə yazılır onun haqqında. O, insandan necə iddia ilə nəsə tələb edə bilərik? Ciddi sistemdir, burada necə proqramlaşır, ondan kənara çıxa bilməzsən".
G.Həsənzadə son illər Azərbaycan təmsilçilərinin "Avroviziya" da yaxşı yer tutmamasına toxunub:
"Əgər biz əmin deyiliksə, dünyada baş verən hadisə, Avropa tamaşaçısının zövqünü tuta bilmirik, orada yaddaqalan nömrə çıxartmalıyıq".
Bəstəkar aparıcı Tural Əsədovun "Avroviziya" üçün kimi namizəd görürsünüz: Tünzalə Ağayeva, Manana Çaparidze, yoxsa Samirə ƏliMəryəm" sualına "Hər zaman "Avroviziya"ya kişi müğənninin getməsinin tərəfdarıyam. Peşəkarlar master-klass göstərir. İstəyərəm ki, peşəkarlar hansısa yubiley tədbirinə getsin, səsvermədə olmasın. Mən peşəkarların "Avroviziya"da çıxışının tərəfdarı deyiləm. Gənclər getsin bu müsabiqəyə" cavabını verib.