Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 04:48
Ukrayna hakimiyyəti Rusiyanın hücumla bağlı hazırlıqlarından xəbərdar idi. Lakin müharibənin 24 fevralda deyil, 22-də baş verəcəyini ehtimal edirdi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Biz ərazimizdə nələrin baş verəcəyini bilirdik. Lakin hücum 22 fevralda deyil, 24-də baş verdi. Onlar 22 fevralda tam formatda ölkəmizə hücum etməli idilər. Gözləmədiyimiz Belarusdan hücum idi. Bu barədə diskussiyalar yox idi. Lakin bu, baş verdi", - deyə o bildirib.