Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 18:40
Türkiyəli müğənni Kibariyənin qızı dələduzluq edib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin övladı Birgül Küçükbalçık Ataşehirdə yerləşən salonlardan birində saç baxımı etdirib.
Daha sonra "Pulu anam ödəyəcək, çöldə gözləyir" deyərək salondan uzaqlaşıb. Birgülün salondan qaçaraq getməsi təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Məkanın sahibi Fuat Danış bu hərəkətin bir xanıma yaraşmadığını deyib:
"Birgül xanım heç yaxşı iş görmədi. Ona yüksək səviyyədə, təxminən 4 saat xidmət etdik. Bizə qarşı etdiyi bu hərəkəti isə ona yaraşdırmadım".