Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 20:52
2022-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 6,675 milyon ton neft nəql olunub.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 77,2 faizi BTC xəttinin payına düşüb.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 8,642 milyon ton neft nəql edilib.
Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,202 milyon tondan çox tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.