Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladlarınız tərəfindən daha çox sevilmək istəyirsinizmi? O zaman diqqətlə oxuyun!

Övladlarınız tərəfindən daha çox sevilmək istəyirsinizmi? O zaman diqqətlə oxuyun!

Tarix: 16 Aprel 2022 02:03

Hər bir qadın təmizkar ev sahibəsi, ərinə ideal xanım ola bilər. Amma, qadının yaxşı ana olması hər şeyin üstündə durur. Bəzən qadınlar ev işləri ilə başlarını elə qatırlar ki, ana olduqlarını yanlız uşaqlarına qulluq etməkdə görürlər. Belə analar öz analıq vəzifələrini yanlız uşaqlarını yedirməklə, geyindirib gəzdirməkdə görürlər. Bu da özünü uşaqlar böyüdükdə analarına qarşı olan münasibətdə biruzə verir.
Yaxşı və uşaqlarınızın böyüdüyü zaman sevimli ana olmaq istəyirsnisə o zaman aşağıda yazılanlara diqqət yetirin və oxuduqlarınızı həyata keçirin.
Yaxşı ana olmağın sirləri:
1. Uşaqlarınıza tez-tez onları sevdiyinizi xatırladın.
2. Uşaqlarınızdan sizi qucaqlamağını xahiş edin. Onlara bunun sizin problemlərinizi unutdurduğunu söyləyin.
3. Çətin zamanlarınızda onun sizi qucaqladığı vaxt hər şeyi unutduğunuzu ona söyləyin.
4. Axşam yeməyinizi uşaqlarınızla yeyin və onun gününün necə keçdiyini soruşun.  
5. Başqalarının yanında uşaqlarınızı danlamayın. Bunun uşaq psixalogiyasına zərər verdiyini yadınıza salın.
6. Uşaqlarınıza xoş sozlər söyləyin. Bu onun ətrafdakılarla xoş rəftar etməsinə səbəb olacaq.
7. Fürsət olduqca uşağınızı qucaqlayıb öpün.
8. Lazım gəldikdə ona "sağ ol" deyin. Qoy övladınız gördüyü işin müqabilində sizin omna minnətdar olmağınızı bilsin.
9. Uşağınızın etdiyi səhvləri bağışlamağa şalışın. Ona bu səhvlərin baş verməyinin təbii olduğunu və əsas şeyin səhvdən nəticə çıxarmaq olduunu başa salın.
10. Övladınızla tək qalmaq üçün gün ayırın və həmin günü onuna keçirməyə çalışın.
11. Sizin əsəblərinizə toxunsa da uşağınızın aradabir tək qalmasına etiraz etməyin.
12. Uşağınızın hər səhər sizin öpüşünüz və gülüşünüzlə oyanmasına səbəb olun. Səhərlər işə geciksəniz belə uşağınızın üstünə qışqırmayın.
13. Uşağınız sizinlə söhbət etdikdə bu söhbətə dünyada ən maraqlı söhbəti kimi qulaq asın.
14. Aradabir ailədə babaş verənlər barədə onun fikrini öyrənin və bunu nəzərə alın.
15. Uşaqlarınıza çətin iş tapşırdıqda ona etibar edin. Qoyun o bu işin öhtəsindən gəlməyə çalışsın. Səhv edərsə qorxmayın, bu onun xeyrinədir. Beləliklə o həyatı öyrənəcək.


Etiketlər:  Övladlarınız tərəfindən daha çox sevilmək istəyirsinizmi zaman diqqətlə oxuyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ