Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantin postları tamamilə sökülür

Karantin postları tamamilə sökülür

Tarix: 16 Aprel 2022 12:50

Koronavirus pandemiyasının yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsinə başlanılıb.

Bu gün Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların söküldüyü müşahidə olunub.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, həmin postlar müvəqqəti xarakter daşıyırdı: "Postlar daimi xarakter daşımadığı üçün sökülə bilər".

Xatırladaq ki, 2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbi ilə insanların təmasını azaltmaq üçün paytaxtla bölgələr arasında polis postları qurulmuşdu. Məhdudiyətlər zamanı həmin postlardan yalnız "icaze.e-gov.az" portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.

Milli.Az


Etiketlər:  Karantin postları tamamilə sökülür


RƏYLƏR