Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan rubla “keçdi”: AB sanksiya tətbiq edə bilər?

İrəvan rubla “keçdi”: AB sanksiya tətbiq edə bilər?

Tarix: 16 Aprel 2022 15:24

Rusiya Prezidenti Vladimir Putin "dost olmayan ölkələrə" qaz nəqli üçün ödənişləri rublla köçürməyi şərt olaraq irəli sürüb. Yəni, bu tapşırıq məhz Rusiyaya dost olmayan ölkələrə aid edilib. Ermənistan isə Rusiyadan aldığı qazın pulunun rublla ödənişini öz təşəbbüsü ilə həyata keçirdiyini deyir. Təbii ki, Avropa Birliyi rəsmi İrəvanın bu addımına qarşı sanksiya tətbiq edə bilər.

Sonxeber.net xəbər verir ki, bunu axar.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

"Ermənistan AB ilə əməkdaşlıq edir, müvafiq layihələri də var. İrəvan rəsmilərinin verdiyi bu qərar isə AB ilə əməkdaşlığa və ortaq layihələrə təsir göstərə bilər. Amma burda başqa bir məqam da var: ikili standart siyasəti. AB-nin bizim regionla bağlı ikili siyasətinin canlı şahidiyik. Ona görə də Avropa Ermənistanın bu qərarına qarşı sanksiya tətbiq etməsə, heç də təəccüblənmərəm. Təbii ki, son qərarı AB verəcək. Çünki ortada tətbiq olunan sanksiya və bu sanksiyadan yayınmağa köməklik cəhdi varsa, düşünürəm ki, bu, Ermənistan üçün nəticəsiz qalmayacaq", - o bildirib.


Etiketlər:  İrəvan rubla keçdi sanksiya tətbiq edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ