Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yeni pensiya OLACAQ

Azərbaycanda yeni pensiya OLACAQ

Tarix: 16 Aprel 2022 20:50

Şərti əmək pensiyası olacaq.

Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik təklif edilir.

Şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunda bəzi kateqoriya şəxslərin (dövlət qulluqçusunun, hərbi qulluqçunun, deputatın və s.) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına əlavənin vəfat etmiş ailə başçısının "almalı olduğu" pensiya məbləğindən hesablanması göstərilir. Lakin sözügedən ifadə təcrübədə müvafiq maddənin tətbiqində bəzi anlaşılmazlıqların yaranmasına səbəb olur ki, bu da nəticə etibarı ilə vətəndaşların haqlı narazılığına və məhkəmə çəkişmələrinin çoxalmasına səbəb olur.

Təklif olunan layihədə Qanuna 1.0.1-1-ci maddə ilə "şərti əmək pensiyası" anlayışı əlavə edilərək Qanunun 20-ci maddəsinin müvafiq maddələrində "almalı olduğu" sözləri "şərti əmək pensiyası" sözləri ilə əvəzlənəcək ki, bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq. Bununla yanaşı qeyd olunmalıdır ki, təklif edilən maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.


Etiketlər:  Azərbaycanda yeni pensiya OLACAQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ