Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarkov bombalandı, ölənlər var

Xarkov bombalandı, ölənlər var

Tarix: 17 Aprel 2022 18:02

Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumatları "Suspilnı"yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib.

Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir.

Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir. Kadrlarda həkimlərin yaralılarla necə davrandığı əks olunub.

Bu arada atışma davam edir.


Etiketlər:  Xarkov bombalandı ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ