Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partizan taktikası: Mariupol nə qədər dözə biləcək?

Partizan taktikası: Mariupol nə qədər dözə biləcək?

Tarix: 18 Aprel 2022 14:44

Mariupoldakı nəhəng "Azovstal" polad zavodunu müdafiə edən Ukrayna qoşunları partizan taktikalarından, nüvə bunkerlərindən və tunellərindən istifadə edərək hələ uzun müddət dayana bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Castin Kramp deyib.

O bildirib ki, ukraynalı əsgərlər həqiqətən də müdafiəyə yaxşı hazırlaşıblar:

"Çünki ərazini möhkəmləndirmək və geri çəkilmə yollarını qurmaq üçün 50 gündən çox vaxtları olub. Onlar gecə döyüşlər edib geri qayıdırlar. Bu əsgərlər əsir düşmək istəmir, təslim olacaqlarını düşünmürəm. Rusiya isə ora girmək istəmir, bu təhlükəlidir", - o bildirib.

Onun sözlərinə görə, Ukrayna çox riskli gecə tapşırıqlarını yerinə yetirməklə Mariupolda mühasirəyə alınan döyüşçülərin qüvvələrini artıra bilib.

Qeyd edək ki, ötən gün Rusiya ordusunun təslim olmaq təklifini "Azovstal"dakı "Azov" döyüşçüləri növbəti dəfə rədd edib.


Etiketlər:  Partizan taktikası Mariupol qədər dözə biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ