Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Donbasda hücuma başlayıb

Rusiya Donbasda hücuma başlayıb

Tarix: 18 Aprel 2022 23:30

Donbasda Rusiyadan hücum əməliyyatının başlamasının əlamətləri qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilir ki, Rusiya hərbçilərinin sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir.

"Şərq Əməliyyat Bölgəsində hücum əməliyyatının başlanmasının əlamətləri qeydə alınır. Slobojanski və Donetsk əməliyyat bölgələrində təcavüzkar müəyyən istiqamətlərdə hücum əməliyyatlarını gücləndirib. Volınski, Polesski və Severski istiqamətlərində düşmən qoşunlarının fəaliyyətində ciddi dəyişiklik olmayıb", - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Rusiya Donbasda hücuma başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ