Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2022 23:42
Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.
Sonxeber.net xəbər verir ki, bu haqda "Azərbaycan universitetləri" səhifəsində paylaşım edilib.
Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.