Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 10:56
Aprelin 18-dən 19-na keçən gecə rus əsgərləri Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna hücum ediblər.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
"Gecə ruslar Krivoy Roq rayonunun yaşayış məntəqələrini: Zelenodolsk, Maryanskoe, Velika Kostromka və başqalarını (Dnepropetrovsk və Zaporojye vilayətləri arasında inzibati sərhədə yaxın) çoxsaylı reaktiv raket sistemlərindən və top artilleriyasından kütləvi şəkildə atəşə tutublar", - o deyib.
Vilkulun sözlərinə görə, əhali arasında tələfat yoxdur, lakin fərdi evlər və bir mənzil sahəsi dağılıb.
Daha əvvəl Vilkul bildirib ki, Krivoy Roq və Dnepropetrovsk vilayətində vəziyyət sabitdir: "Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonu ərazisində düşmən yoxdur. Cəbhə artıq Xerson vilayətindən keçir".
O, aydınlaşdırıb ki, düşmən mövqelərini itirsə də, atəşə tutmaqda davam edir, beynəlxalq müqavilələrdə qadağan olunmuş sursatlardan, o cümlədən kasetli sursatlardan istifadə edir.
Aslan Məmmədov