Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2022 14:12
Azərbaycanlı gənc görmə qabiliyyətini itirmiş şəxslər üçün yeni qurğu hazırlayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət gənc ixtiraçı Rəşid Əliyevin yaratdığı cihazdan gedir. Qurğunun ideyası müəllifin qatarla uzaq yola səfər edərkən ağlına gəlib. Eyni zamanda görmə məhdudiyyətini itirməkdə olan tələbə yoldaşının qarşılaşdığı çətinliklər də bu ideyanın gerçəkləşməsinəsəbəb olub.
Rəşid Əliyev deyir ki, qurğuAzərbaycan, ukrayna, rus, ingilis, portuqal, alman və ispan dillərini tanıyır. Onun vasitəsilə həm brayl əlifbasını, həm də rəqəmləri cəmi 3 aya öyrənmək mümkündür. Qiyməti isə 60 dollardır.
Cihazın ərsəyə gəlməsində böyük datalardan istifadə olunub.
Rəşid Əliyevin sözlərinə görə, indiyədək 3 minədək belə qurğu satılıb. Növbəti hədəficihazın kütləvi istehsalına başlamaq, Amerika və Avropada bazarına çıxmaqdır.