Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 06:25
Əməkdar artist Bəsti Sevdiyeva bu dəfə ailəsi ilə kamera qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Gəl, qonaq ol" verilişi müğənninin evində çəkiliş edib. B.Sevdiyevanın həyat yoldaşı Oqtay bəy xanımı ilə bağlı "İllərdir bir yerdəyik. Bütün problemləri bir yerdə həll edirik. Sənət adamına dəstək olunması mütləqdir. Hamı Bəstinin bu sənətdə addım atmasına sevinirdi. O, indi öz savadı ilə universitetdə dərs deyir" sözlərini söyləyib.
Müğənni həyat yoldaşına "Onun xoş sözləri məni yaşadır. Bəzən xoşagəlməzlik olur. Onun xoş sözləri məni bundan çıxarır" cavabını verib.
Proqramda ifaçının gəlini Gülarə və oğlu Ayxan, nəvəsi Ayasofya da yer alıb.