Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 07:56
Şabranın Vələsli kənd sakini, 2005-ci il təvəllüdlü Qasımov Samuray Rafət oğlu itkin düşüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Məlumata görə, Sumuray aprelin 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onu görənlərdən polisə və ya ailəsinə (070-674-95-36) xəbər vermələri xahiş olunur.
Sumqaytıda isə 20 yaşlı Muradov Röyal Zakir oğlu itkin düşüb. Məlumata görə, o, da aprelin 15-də işə getmək adı ilə evdən çıxıb, işə gedib çatmayıb. Həmin tarixdən sonra Röyalla əlaqə kəsilib.
Onu görənlərdən də polis və ya ailə üzvlərinə (077-487-04-16) xəbər vermələri xahiş olunur.
Fotoda Qasımov Samuray
Fotoda Muradov Röyal