Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 08:10
"Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura hücum edib. Vurğulanıb ki, cənubda - İzyum şəhərində Rusiya qüvvələrinin hücumu, ağır itkilər verməsi səbəbindən uğursuzluqla nəticələnib.
Əlavə olunub ki, ukraynalılar Donetsk regionunun Marinka şəhərini əks-hücum əməliyyatı nəticəsində geri qaytara biliblər.
Baş qərargahın məlumatında o da vurğulanıb ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir.
Bildirilib ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələri davam etdirib.