Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 14:38
Rusiyanın Kiyev vilayətinin Buçanski rayonunun Moşun kəndinə hücumu nəticəsində xeyli yerli sakin evsiz qalıb.
Sonxeber.net "Anadolu"-ya istinadən xəbər verir ki, evini itirən çoxsaylı şəxslərdən biri Moşun sakini Sergey Kutsenkodur.
Həmin şəxs Kiyevdəki mənzilini satdığını və Moşunda kiçik ev aldığını bildirib.
"Altı aydır ki, evi təmir edirdik. Tam təmir etdik. İstilik çəkdik, naqilləri yenilədik. Fevralın 23-də hamamın təmirini başa vurduq. Müharibə başlayan gün - fevralın 24-də yeni evdə yaşamağımızla bağlı şənlik keçirilib", - kişi dedi.
Kutsenko xatırladıb ki, köçmə günü onun 7 yaşlı qızı xüsusilə xoşbəxt idi, çünki həyatında ilk dəfə onun öz otağı var idi. Ancaq sevinc qısa sürdü.
Kəndin atəşə tutulması fevralın 25-də başlayıb, hər yerdə partlayışlar olub, evlər yanıb. "Qızım, yoldaşım, qayınanam çox qorxdular. Biz qalmağın təhlükəli olduğunu başa düşdük və fevralın 25-də evimizdən çıxdıq", - deyə kişi bildirib.
Müharibədən əvvəl Kutsenko ailəsi bütün həyatlarını bu kənddə yaşamaq arzusunda idi. "Ömrümüzün sonuna kimi burada yaşayacağımızı düşünürdük. Burada çox gözəl təbiət var: meşə, çay. Göbələk yığardıq. Dostlarımız da burada ev aldılar, təmir etdilər. Biri bir il burada yaşayırdı, digəri daha çox. Amma hər şey bitdi", - dedi Kutsenko.
Həmin şəxs qeyd edib ki, fevralın sonunda onların evi atəşə tutulub və tamamilə yanıb. "Bütün pulumuzu bu evə xərclədik, həyat yoldaşımı və qızımı xaricə göndərdim, yaşamağa yerim yoxdur".
"Təhlükə qalır. Ailə hələ ki geri qayıtmayacaq, qalmağa yerimiz yoxdur. Onlar yalnız müharibə bitəndən sonra gələ bilərlər. Onlar (ruslar) hər an atəşə başlaya bilərlər. Mən burada dostumgildə qalıram", - o deyib.
Xatırladaq ki, Moşun kəndi Qostomel şəhəri yaxınlığında yerləşir, müharibənin ilk günündən hərbi əməliyyatların episentrlərindən birinə çevrilib. Qostomel yaxınlığındakı aerodromu ələ keçirmək və Kiyevə doğru irəliləmək cəhdi ilə rus əsgərləri Kiyev vilayətinin bu hissəsini fəal şəkildə bombaladılar.
Aslan Məmmədov