Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 15:50
Kiyev şəhərində üç tramvay və trolleybus marşrutu fəaliyyətini bərpa edib, aprelin 21-dən isə metro qatarlarının hərəkəti "Lesnaya" stansiyasına qədər bərpa olunacaq.
Sonxeber.net bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Telegram-kanalında məlumat verilib.
Metroda bütün xətlər üzrə hərəkət intervalı 10-15 dəqiqəyə endiriləcək. Metro stansiyaları gecə-gündüz insanları sığınacaq kimi qəbul etməyə davam edir.
Qatarların hərəkəti həyata keçirilir.
Eyni zamanda, qatarlar Maydan Nezalejnosti, Xreşçatık və Klovskaya stansiyalarının yanından dayanmadan keçir.
"Nəzərinizə çatdırırıq ki, metronun qrafiki tez dəyişə bilər", - Kiyev Şəhər Dövlət Administrasiyası əlavə edib.
Aslan Məmmədov