Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 23:14
Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşmək ehtimalı hələ də aktualdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" kanalına müsahibəsində deyib.
O qeyd edib, Volodimir Zelenski bu mövzuda indi də müsbət yanaşma göstərir, lakin bunun üçün tərəflərin prinsipial məsələlərdə razılığa gəlmələri vacibdir. Bu məsələlər arasında ən ağırı isə Krım və Donbasın statusudur.