Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 23:28
Ukrayna qüvvələrinin Mariupolda Rusiyanı məğlub etmək üçün kifayət qədər ciddi və ağır silahları yoxdur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Bildirib ki, bunun qarşısının alınmasının iki yolu var: "Birincisi, ciddi və ağır silahlardır. Hazırda Mariupolu azad etmək üçün bu silahlardan bizdə kifayət qədər yoxdur. İkincisi isə dipomatik yoldur. Rusiya bu vaxtadək buna razılaşmayıb. Biz Mariupolu nə vaxt mühasirədən çıxara biləcəyimizi bilmirik və mən bunu açıq şəkildə deyirəm ki, Mariupoldakı bütün oğlanlar bizim qələbəmizi istəyirlər, onlar azad şəhər istəyirlər, onların heç biri düşmənə təslim olmaq istəmir", - deyə Zelenksi vurğulayıb.