Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rejissorun ölümünə səbəb olan aktyor bəraət aldı

Rejissorun ölümünə səbəb olan aktyor bəraət aldı

Tarix: 21 Aprel 2022 15:18

Amerikalı aktyor Alek Bolduinin quruluşçu rejissor Qalina Xatçinsi güllələyərək ölməsinə səbəb olduğu "Rust" filminin kino şirkəti "Rust Movie Productions LLC" 137 min dollar cərimələnib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Reuters"in məlumatına görə, çəkiliş zamanı operatorun ölümünə səbəbin qəsdən təhlükəsizlik pozuntularına görə baş verdiyi qərara alınıb və maksimum məbləğdə cərimə təyin olunub. Araşdırma zamanı məlum olub ki, filmin yaradıcıları çəkilişdə odlu silah təhlükəsizliyi qaydalarına əməl etməyib və işçilərin təhlükəsizliyinə biganə yanaşıb.

Alekin vəkilinin yaydığı bəyanatda isə aktyorun bəraət aldığı əks olunub.

Lakin aktyorun günahsız olması ilə bağlı hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Alek ötən ilin oktyabrında ABŞ-da sözügedən filmin çəkilişi zamanı ssenari əsasında açdığı atəşlərdən biri quruluşçu rejissorun ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu.


Etiketlər:  Rejissorun ölümünə səbəb olan aktyor bəraət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ