Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

42 dəfə kimyaterapiya alan Tünzalə: “Ümidim Allahadır”

42 dəfə kimyaterapiya alan Tünzalə: “Ümidim Allahadır”

Tarix: 21 Aprel 2022 15:55

"Müalicələrim davam edir. Dünən yenə Milli Onkologiya Mərkəzində kimyaterapiya aldım. Ümidim Allahadır. Görək necə olacaq?"

Sonxeber.net xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva söyləyib.  
Uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətçi xəstələyinin daxili orqanlarına yayıldığını açıqlayıb.

"42 dəfə kimyaterapiya və 40 dəfə şüa almışam. Bu vəziyyətimə də min şükür. Göydə Allahımdan, yerdə də həkimlərimdən çox razıyam. Xəstəliyim ağciyər, qaraciyər və sümüyümə qədər yayılıb. Tibb nəyə qadirdirsə, onu da həkimlər mənə edirlər. Kimyaterapiyanın özü və xərçəngin dərmanları çox bahalıdır. Xəstəxana məndən bir qəpik də olsun pul almır, hər şeyi təmənnasız edirlər".

"Canı ilə əlləşən" Tünzalə xəstəliyini qızı Zəhradan gizlətdiyini bildirib.

"Aldığım kimyaterapiya və şüalara görə saçlarım tökülüb. Qızıma öz xəstəliyim haqda bir kəlimə də olsun demirəm. Vəziyyətimi yansıltmıram. Soruşanda da, deyirəm ki, vitamin çatışmazlığım var. Ona görə də saçlarım tökülür".


Etiketlər:  dəfə kimyaterapiya alan Tünzalə Ümidim Allahadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ