Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edildi

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edildi

Tarix: 21 Aprel 2022 19:00

Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edilib.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 169 № li Qərarına dair izahda deyilir ki, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Antiinhisar fəaliyyəti haqqında", "Enerji resurslarından istifadə haqqında", "Yerin təki haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunlar "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğunlaşdırılıb.

Adıçəkilən Qanuna 1 nömrəli əlavə - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 11-ci maddəsinə edilmiş dəyişikliklə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üçün lisenziya tələbi ləğv edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə" Qərarına əsasən "dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyləri" sözləri çıxarıldı.


Etiketlər:  Torpaqların kateqoriyadan digərinə keçirilməsi Qaydalarında dəyişiklik edildi


RƏYLƏR