Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynaya görə daha bir aparıcı işindən uzaqlaşdırıldı

Ukraynaya görə daha bir aparıcı işindən uzaqlaşdırıldı

Tarix: 21 Aprel 2022 19:15

Rusiyada yayımlanan "Сто к одному" verilişin aparıcısı Aleksandr Qureviç Ukraynadakı hərbi əməliyyatınların əleyhinə çıxış edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcının şərhindən sonra proqramın bütün buraxılışları yutubdan silinib. Bundan əvvəl isə o, kanalı tərk edib. Belə ki, Qureviç bir ay əvvəl şousunun rəsmi yutub kanalında proqramın buraxılışlarından birinin altına şərh yazıb. Lakin bu, yalnız indi diqqət çəkib. Şərhdə aparıcı mövcud vəziyyətdə əyləncə proqramlarını uyğun hesab etmədiyini, eyni zamanda ukraynalı köklərə malik olduğunu da əlavə edib:

"Baş verənlərə fikir vermədən bu faciənin fonunda əylənməyi və zarafat etməyi özüm üçün qətiyyən mümkünsüz hesab edirəm. İnanıram ki, verlişimizin qonaqları, oyun iştirakçıları arasında özünü başqa cür hiss edənlər və bəlkə də iştirakdan imtina edənlər də var. İzlədiyiniz bütün buraxılışlar Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl lentə alınıb.

Bu günlərdə mənim kimi verilişimizdəki əyləncəni tamamilə yersiz hesab edən hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, sözügedən şou 1998-ci ildən yayımlanır. Proqramın daimi aparıcısı A.Qureviç olub. Onu kimin əvəz edəcəyi hələlik məlum deyil.

Bundan əvvəl aparıcı İvan Urqantın "Вечерний Ургант" şousunun da eyni səbəbdən yayımı dayandırılıb.

Milli.Az


Etiketlər:  Ukraynaya görə daha aparıcı işindən uzaqlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ