Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 09:30
"Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Rubejnenin "azad edildiyini" açıqlayıb".
Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
S.Qayday bu məlumatın saxta olduğunu vurğulayıb.
"Absurd fikirlərdir. Müharibənin 56-cı günündə düşmən Rubejnenin qərb və şimal-qərb hissəsində möhkəmlənməyə çalışdı, lakin məğlub oldu. Bu artıq Rusiya ordusunun Rubejneni "azad etməsi" ilə bağlı üçüncü bu cür açıqlamasıdır", - deyə S.Qayday bildirib.
Qeyd edək ki, Rusiya tərəfi şəhəri nəzarətə götürdüyü ilə bağlı martın 1-də və 18-də də məlumat vermişdi.