Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 14:42
Rusiyada ukraynalılar üçün həbs düşərgələri yaratmağı planlaşdırırdılar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
"Genişmiqyaslı müdaxilə qərarını Putin təkbaşına verməyib, bu, Rusiyanın ali siyasi rəhbərliyinin qərarıdır. Rus ordusunun vəzifəsi ölkəmizi, xalqımızı məhv etmək, Ukraynanı müstəmləkəyə çevirməkdir. Qərbi Sibirdə Putin və Şoyqu yeni şəhərlər tikmək üçün ukraynalılara konsentrasiya düşərgələri qurmağı planlaşdırırdılar. Rusiyanın dayanmayacağına şübhə yoxdur. Biz onları bütün ərazilərimizdən, o cümlədən Krımdan qovmayana qədər müharibə bitməyəcək", - Danilov qeyd edib.