Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 20:20
Yaponiya Xarici İşlər Nazirliyinin Kuril adalarının cənub hissəsini "qanunsuz işğal olunmuş" adlandırması siyasi xuliqanlığı xatırladır və ikitərəfli münasibətlərə təsir göstərəcək.
Sonxeber.net bildirir ki, bu barədə TASS-a Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin məlumat verib.
"Əlbəttə, bu, münasibətlərimizin ab-havası üçün nəticələrsiz ötüşməyəcək. Bu, siyasi xuliqanlığı, şifahi quldurluğu xatırladan hədsiz bəyanatdır. Belə şeylərə yol vermək olmaz", - Karasin deyib.
O qeyd edib ki, bu fakt Rusiya ictimai rəyi tərəfindən çox ağrılı şəkildə qəbul edilib, "çünki bütün bu bəyanatlardan militarizm və Uzaq Şərqdə və bütövlükdə dünyada baş verən tarixi hadisələrin yanlış anlaşılması iyi gəlir".
Aslan Məmmədov