Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın “Alfa Bank”ının Niderland filialı müflis olub

Rusiyanın “Alfa Bank”ının Niderland filialı müflis olub

Tarix: 22 Aprel 2022 22:56

Rusiyanın "Alfa Bank"ının Niderland filialı "Amsterdam Trade Bank" müflis olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.

Məhkəmədən bildirilib ki, bank müflis elan olunma barədə iddia qaldırıb.

Niderlandın ANP agentliyi bildirir ki, 1994-cü ildə təsis edilmiş bank son illərdə Britaniyanın sanksiyalarına görə ciddi çətinliklərlə üzləşmişdi. Bir neçə gün əvvəl isə maliyyə qurumu Avropanın Rusiyaya qarşı sanksiyalarına əməl edəcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Rusiyanın Alfa Bankının Niderland filialı müflis olub


RƏYLƏR