Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 23:42
Vergiödəyicilərinə güzəştlər üçün vergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bu məsələ necə tənzimlənir?
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsində nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
İqtisadçı, həmçinin qeyd edib ki, müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcəllənin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.