Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 08:26
ABŞ, Almaniya və Yaponiyadan olan nümayəndələr Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun forumunda çıxışını boykot edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Rusiyadan olan nümayəndə danışmağa başlayanda qərb ölkələrini təmsil edən şəxslər iclas zalını tərk ediblər.
Qeyd olunur ki, bu, Vaşinqtonda bu həftə ikinci belə insidentdir: birincisi Rusiyanın G20 ("Böyük İyirmilik") toplantısındakı çıxışı zamanı baş verib. Rusiyanın maliyyə naziri Anton Siluanov aprelin 20-də G20 toplantısında çıxış edərək sanksiyaların müəlliflərini tənqid edib. ABŞ və Kanadanın maliyyə nazirləri Siluanovun çıxışını boykot ediblər.