Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 19:20
Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqı ölkələrinə qaz tranziti üçdə bir qədər azala bilər. Çünki stansiyaların işinə müdaxilələr qeydə alınır.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, bu barədə "Naftoqaz"ın rəhbəri Yuri Vitrenko tviterdə yazıb.
"Bizim hesablamalara görə, onlar ərazilərdəki stansiyalarımızı sıradan çıxarmaqdan əl çəkməsə, Ukrayna vasitəsilə Rusiyadan Aİ-yə ixrac olunan qazın həcminin üçdə biri itiriləcək", - o deyib.