Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 17:09
Bakı. Kəmalə Məmmədli - Trend:
2019-cu ilin birinci yarısında banklarda vəsaitlərin nağdlaşdırılması zamanı sadələşdirilmiş vergitutmadan dövlət büdcəsinə daxilolmalar 19,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.
Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfransda deyib.
Palata sədri bildirib ki, 2018-ci ildə nağdlaşdırma ilə bağlı vergilərdən dövlət büdcəsinə daxilolmalar 29,2 milyon manat təşkil etmişdi. Həmin vergilər üzrə daxilolmalar 2019-cu il üçün proqnozları iki dəfəyədək üstələyir: “Bu onu göstərir ki, özəl sektorda nağd əməliyyatların həcmi hələ də kifayət qədər çoxdur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin