Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 21:58
Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, belə bir qərar Moskva ilə məsələhətləşərək qəbul edilib.
"Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrə də hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi. Prezidentimiz də Putinə dedi. Sonra uçuşlar dayandı", - deyə Çavuşoğlu bildirib.