Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 11:14
Lvov vilayətində aprelin 25-də səhər narahatlıqla başlayıb - bölgədə partlayış səsləri eşidilib. Artıq vəziyyətə regional hərbi administrasiya tərəfindən münasibət bildirilib. Administrasiyanın sədri Maksim Kozitski bildirib ki, bölgədə hava hücumundan müdafiə sistemi işləyir.
Sonxeber.net bildirir ki, bu barədə o, Telegram kanalında yazıb.
Belə ki, əvvəlcə Lvov vilayətinin sakinləri partlayış səsləri eşidib, daha sonra bölgənin üstündəki səmada tüstü görünməyə başlayıb. Sonradan Kozitski yazdı ki, bütün insanlar sığınacaqlarda qalmalıdırlar, çünki hava hücumundan müdafiə işləyir.
Daha sonra Zoloçev rayonunda iki yaşayış məntəqəsində yanğınların baş verdiyi məlum olub. Kozitskinin sözlərinə görə, vəziyyət nəzarət altındadır, lakin Lvov vilayətinin sakinləri hələ də sığınacaqlarda qalmalıdırlar.
Aslan Məmmədov