Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Mariupolda ''Azovstal''ı bombaladı - Ukrayna Baş Qərargahı

Ruslar Mariupolda ''Azovstal''ı bombaladı - Ukrayna Baş Qərargahı

Tarix: 25 Aprel 2022 11:20

Mariupolda düşmən "Azovstal" zavodunun ərazisindəki Ukrayna hərbçilərinin mövqelərinə raket-bombalı hücumlar edib.

Sonxeber.net bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat verilib.

"Donetsk və Tavrid istiqamətlərində düşmən Ukrayna Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutub. Mariupol şəhərində düşmən "Azovstal" zavodunun ərazisindəki qoşunlarımızın mövqelərinə raket və bombalı zərbələr endirib. Rusiya Popasnaya kəndində hücum əməliyyatları aparır", - məlumatda deyilir.

Aslan Məmmədov


Etiketlər:  Ruslar Mariupolda Azovstalı bombaladı Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ