Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2022 11:48
Prezident Vladimir Zelenski ABŞ dövlət katibi və müdafiə nazirinin Kiyevə səfərini rəsmən açıqlayıb.
Sonxeber.net bildirir ki, bu haqda Zelenskinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna dövləti üçün bu həlledici məqamda ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinin Kiyevə səfəri çox dəyərli və vacibdir.
Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilə müdafiə yardımı, Rusiyaya qarşı sanksiyaların artırılması, Ukraynaya maliyyə dəstəyi və təhlükəsizlik təminatları müzakirə etdik", - məlumatda deyilir.
Zelenski ABŞ-a müdafiə dəstəyinin artıq 3,4 milyard dollara çatdığına görə təşəkkür etdi və ayrıca sanksiyalar siyasətinə toxundu.
Prezident Yermak-Mak Fol qrupu tərəfindən hazırlanmış Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi üzrə Fəaliyyət Planını Amerika tərəfinə təhvil verib.
"Biz bu yolda növbəti addımların nədən ibarət olduğunu başa düşürük. Və biz tərəfdaşların dəstəyinə ümid edirik", - məlumatda deyilir.
Görüşdə həmçinin sülh prosesi müzakirə olunub. Zelenski vurğulayıb ki, "Ukrayna ABŞ-ı gələcək ölkələr arasında lider - dövlətimizin təhlükəsizliyinin təminatçısı kimi görür".
Aslan Məmmədov