Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə taxıl sahələri susuz qalıb - Su qəsdən verilmir? - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Şəkidə taxıl sahələri susuz qalıb - Su qəsdən verilmir? - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Tarix: 25 Aprel 2022 15:14

Şəkinin Böyük Dəhnə kəndinin sakinləri taxıl sahələrini suvara bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Böyük Dəhnə  kəndində 1100-dən çox təsərrüfat var.

Təsərrüfat sahiblərinin sözlərinə görə, əkilmiş taxıl sahələrin 60 faizi susuz qalıb.

Sakinlər deyirlər ki, yaxınlıqdan Muxasçay və Əlicançay çayları keçir, Cəfərabad nasos stansiyası var. İddia edirlər ki, bu qədər su mənbəyi olsa da, sahələrin bəzi hissəsinə su qəsdən verilmir.

Məsələ ilə bağlı Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sabir Əhmədov bildirib ki, rəhbərlik etdiyi qurum həmin ərazini su ilə təmin etmir. Çünki onların balansında deyil.

''Kənd bələdiyyələri Sudan İstifadə birlikləri ilə müqavilə bağlayır və onlar fermerlərin ərazilərinin suvarılmasını həyata keçirirlər'',-deyə o qeyd edib.

Böyük Dəhnə kənd bələdiyyəsinin numayəndəsi Fərahim Abdurəhmanov isə qeyd edib ki, sudan İstifadə birliyi ilə müqavilə bağlanıb. Yanvar ayında mənbədə su olmadığı üçün ərazilərə su verilməyib: "Amma hazırda belə bir problem yoxdur. Növbəlilik prinsipinə uyğun olaraq suyun həcmi nəzərə alınmaqla hər gün 3 təsərrüfata su veriləcək''.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəkidə taxıl sahələri susuz qalıb Su qəsdən verilmir İDDİA RƏSMİ CAVAB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ