Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli məşhur 8-ci mərtəbədən yıxılıb öldü - FOTO

Türkiyəli məşhur 8-ci mərtəbədən yıxılıb öldü - FOTO

Tarix: 25 Aprel 2022 16:24

Beta adı ilə tanınan türkiyəli reper Berk Bayındır bu gün səhər saatlarında İstanbulun Kağıthane ilçəsində yaşadığı evin 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 31 yaşlı reperin hündürlükdən hansı səbəbə düşməsi hələlik məlum deyil. Hadisənin ardından polis və təcili tibbi yardım heyyəti əraziyə cəlb olunub. Lakin Berk hadisə yerindəcə həyatını itirib. 

Reperin cəsədi ekspertiza üçün Ədliyyə Tibb Qurumuna aparılıb. Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültepenin ifadəsi isə alınmaq üçün polis idarəsinə aparılıb.

Hazırda araşdırma davam edir.


Etiketlər:  Türkiyəli məşhur mərtəbədən yıxılıb öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ