Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynadan müqavilə ilə bağlı təkliflərə cavab almayıb

Rusiya Ukraynadan müqavilə ilə bağlı təkliflərə cavab almayıb

Tarix: 26 Aprel 2022 08:12

Rusiya Ukraynaya təhvil verilən müqavilənin yenilənmiş variantında Kiyevin iradlarını nəzərə alıb, lakin hələ də öz təkliflərinə cavab almayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bir həftə əvvəl, başqa bir videokonfrans əlaqəsindən sonra, biz onlara müqavilənin daha bir yenilənmiş variantını verdik, adətən olduğu kimi, onların sonrakı şərhlərini nəzərə aldıq və indi bir həftədir gözləyirik", - nazir deyib.

O qeyd edib ki, Moskva Zelenskinin Rusiya Federasiyasının təklifini görmədiyi barədə sözlərindən sonra ukraynalı danışıqçılardan bunun necə baş verdiyini soruşduqda, qarşı tərəf belə cavab verib: "Bəli, onun çoxdan vaxtı yox idi".

Milli.Az


Etiketlər:  Rusiya Ukraynadan müqavilə ilə bağlı təkliflərə cavab almayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ